İdman
Valdas Dambrauskas: "Bugünkü oyunda xırda detallar çox önəmli rol oynadı"
"Əvvəlcə bütün azərbaycanlı azarkeşləri, öz oyunçularımı, klubun bütün əməkdaşlarını və hər kəsi təbrik edirəm". Oxu.Az xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində keçirilən "Sabah" - "Orhus" oyunundan sonra təşkil olunan mətbuat konfransında təmsilçimizin baş məşqçisi Valdas Dambrauskas deyib. O bildirib ki, komanda ilk oyundan sonra özünə daha çox inanırdı: "İlk məğlubiyyətdən sonra komandamda daha çox intizam var idi. Bugünkü oyunda xırda detallar çox önəmli rol oynadı. Birinci hissədə rəqibin cəmi bir qol fürsəti oldu və qapıçımız həmin epizodda çox yaxşı çıxış etdi. Lakin oyunun əvvəlindən sonuna qədər qələbəni daha çox istəyən tərəf biz idik və oyunun ritmi bizim əlimizdə idi. Psixoloji rahatlıq üçün ilk qol çox vacib idi. Bu qolu vurduqdan sonra digər qolları da rahatlıqla vura bildik. Qarşıda bizi sıx oyun qrafiki gözləyir. Bu oyundan sonra yaxşı bərpa olunub Azərbaycan Premyer Liqasında "Kəpəz"lə matça hazırlaşacağıq". Qeyd edək ki, "Bank Respublika Arena"da keçirilən matç "Sabah"ın 4:0 hesablı qələbəsi ilə başa çatıb. Xatırladaq ki, bu qələbə sayəsində UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanan "Sabah" klubu bu mərhələdə "Srvena Zvezda" (Serbiya) - "Hapoel Beer-Şeva" (İsrail) cütünün qalibi ilə qarşılaşacaq.
Mənbə
oxu.az