İdman

72 yaşında meydana çıxdı və Rusiya futbolunda REKORD QIRDI

11 Aug 2026, 23:00 3 baxış
72 yaşında meydana çıxdı və Rusiya futbolunda REKORD QIRDI
Mixail Barışnikov 72 yaşında Sankt-Peterburqun "Dinamo" klubunun start heyətində Rusiya Kubokunun "Regionlar yolu"nun ikinci raundunda "10" FK media komandasına qarşı matça çıxaraq Rusiya futbolunda yaş rekordunu müəyyənləşdirib. Oxu.Az bildirir ki, bu barədə turnirin rəsmi "Telegram" kanalında məlumat verilib. Barışnikov komandanı kapitan sarğısı ilə meydana çıxarıb və beş dəqiqə oynadıqdan sonra əvəzlənib. Barışnikov meydana 72 yaş 3 ay 15 günlüyündə çıxıb. O, 2025-ci ilin sentyabrında 70 yaşında "Amkal" həvəskar klubunda debüt edən Sankt-Peterburq "Zenit"inin İdarə Heyətinin sədri Aleksandr Medvedevin rekordunu geridə qoyub. Barışnikov Sankt-Peterburq Qanunvericilik Məclisinin deputatıdır. Əsas fəaliyyəti ilə yanaşı, o, "Peterqof"un veteran futbol və hokkey komandalarında çıxış edir.
Mənbə oxu.az

Oxşar Xəbərlər