İdman
Fabritsio Romano transfer xəbərləri ilə vidalaşır? - GÖZLƏNİLMƏZ AÇIQLAMA
Aparıcı futbol insayderi Fabritsio Romano bu yaydan sonra transfer xəbərlərini işıqlandıran jurnalist kimi fəaliyyətini dayandıra bilər. Oxu.Az xəbər verir ki, bu barədə o, "LinkedIn" sosial şəbəkəsindəki səhifəsində bildirib. "Çox güman ki, mən artıq transfer bazarı sahəsində bu formatda çalışmayacağam. Yanaşmanı və baxış bucağını dəyişməyin vaxtı çatıb. Transfer pəncərəsi bağlandıqdan sonra bu barədə daha ətraflı danışacağam. Bu dövr üçün rəqəmlər qeyri-real görünür", - deyə Romano yazıb. Hazırda Romano sosial şəbəkələrdə müxtəlif insaydlar və transfer xəbərləri paylaşır. Avropanın aparıcı liqalarında yay transfer pəncərəsi sentyabrın 1-də bağlanacaq. Romano transferlər haqqında məlumat verən ən məşhur insayderlərdən biridir. Onun "X" sosial şəbəkəsində 28,7 milyon, "Instagram"da 49,1 milyon, "YouTube"da isə 3,24 milyon izləyicisi var.
Mənbə
oxu.az