İdman

PSJ yaponiyalı qapıçını transfer etdi

11 Aug 2026, 18:44 2 baxış
PSJ yaponiyalı qapıçını transfer etdi
Fransa nəhəngi PSJ "Parma"nın yaponiyalı qapıçısı Dzion Suzukinin transferini yekunlaşdırıb. Oxu.Az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano sosial şəbəkə hesabında məlumat yayıb. Məlumata görə, Paris təmsilçisi 23 yaşlı istedadlı qolkiperin xidmətləri üçün 35 milyon avrosundan keçməli olub. Qeyd edək ki, qısa müddət əvvəl - 2024-cü ilin yayında Suzuki 7.5 milyon avro müqabilində Belçikanın "Sent-Trüden" kollektivindən "Parma"ya transfer olunmuşdu. O, arxada qalan mövsümdə iştirak etdiyi 22 qarşılaşmada qapısında 30 top görsə də, 6 matçda çərçivəni toxunulmaz saxlamağı bacarıb. Əlavə edək ki, gənc qapıçı bu il baş tutan dünya çempionatında Yaponiya milli komandasının heyətində nümayiş etdirdiyi xüsusi performansı ilə böyük rəğbət qazanmışdı.
PSJ yaponiyalı qapıçını transfer etdi
Mənbə oxu.az

Oxşar Xəbərlər