Digər
Soçidə yanacaq böhranı: Əhaliyə çağırış edildi
Rusiyanın Soçi şəhərində sakinlərə və turistlərə yanacaqdoldurma məntəqələrindəki məhdudiyyətlər səbəbindən şəxsi nəqliyyat vasitələrindən imtina etmələri tövsiyə olunub.
Axar.az xəbər verir ki, bu barədə şəhər meriyasından məlumat verilib.
Məlumata görə, təchizatdakı fasilələrə görə əsas operatorlar yanacaq satışına məhdudiyyətlər qoyub. Hətta bəzi yanacaqdoldurma məntəqələrində ajiotaj yaşanıb və fiziki şəxslərə benzin satışı məhdudlaşdırılıb.
Bildirlib ki, yalnız təcili yardım və kommunal xidmətlər, eləcə də hüquqi şəxslər yanacaq kartlarından istifadə edərək məhdudiyyətsiz yanacaq ala bilirlər.
Mənbə
axar.az