Digər

Bakının ilk inklüziv "Kashalata" kafesi fəaliyyətini davam etdirir

11 Aug 2026, 17:12 1 baxış
Bakının ilk inklüziv "Kashalata" kafesi fəaliyyətini davam etdirir
"PAŞA Holding"in dəstəyi ilə təsis edilən Bakının ilk inklüziv "Kashalata" kafesi fəaliyyətini davam etdirir. "Birgə və Sağlam" İctimai Birliyinin təşəbbüsü, "PAŞA Holding"in, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, KOBİA, SOCAR, "Trendyol Azərbaycan" və digər tərəfdaş şirkətlərin dəstəyi ilə təsis edilən ilk inklüziv "Kashalata" kafesi fəaliyyətini uğurla davam etdirir. Sözügedən təşəbbüsün əsas məqsədi əlilliyi olan gənclərin məşğulluğuna dəstək göstərmək və onların cəmiyyətə inteqrasiyasını təşviq etməkdir. Üzeyir Hacıbəyov küçəsi, 57 ünvanında yerləşən bu kafedə ümumilikdə 20 gənc çalışır ki, onlardan bir qismi autizm spektr pozuntusu və digər neyromüxtəliflik xüsusiyyətlərinə malik şəxslərdir. Qeyd edək ki, qadınlar və uşaqlara dəstək göstərmək "PAŞA Holding"in korporativ sosial məsuliyyət strategiyasının əsas istiqamətlərindən biridir. Bu çərçivədə "PAŞA Holding" talassemiyadan və autizmdən əziyyət çəkən uşaqlara, kimsəsiz övladlara dəstək məqsədilə müxtəlif yardım və qanvermə aksiyaları, eləcə də digər sosial layihələrə dəstək verir.
Mənbə oxu.az

Oxşar Xəbərlər