Cəmiyyət
Azərbaycanda 2400-dək qadın aliment işində borclu tərəfdir
Azərbaycanda hazırda 2400-dək aliment işində borclu tərəf qadınlardır. Oxu.Az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, 2026-cı ilin ilk 6 ayının sonunda icraatda 131 minədək aliment işi olub. Birinci yarımildə 126 minədək işdə tam və ya müəyyən gecikmələrlə ödəniş həyata keçirilib.
Mənbə
oxu.az