Cəmiyyət

Təcili yardıma 27 dəfə zəng etdi, açan olmadı - Video

11 Aug 2026, 16:47 18 baxış
Təcili yardıma 27 dəfə zəng etdi, açan olmadı - Video

Paytaxtda vətəndaş ötən gecə saat 00:56-dan 02:07-dək dəfələrlə zəng etsə də, telefonuna cavab verilməyib.


Axar.az Milli.az-a istinadla xəbər verir ki, uşağın vəziyyəti ağırlaşıb və o, az qala can verirmiş. Kömək üçün 1 saat 11 dəqiqə ərzində 27 dəfə zəng edən şəxs heç kimdən cavab ala bilməyib.


Sonda çıxılmaz vəziyyətdə taksi çağıraraq uşağa baxa biləcək həkim axtarmağa başlayıb.


Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanlanıb.


Mənbə axar.az

Oxşar Xəbərlər