Cəmiyyət

Tovuzda sürət nişanına qanunsuz müdaxilə edilib - FOTO

11 Aug 2026, 12:20 1 baxış
Tovuzda sürət nişanına qanunsuz müdaxilə edilib - FOTO
Tovuz rayonunda mövcud olan sürət nişanlarından birinə qanunsuz müdaxilə edilib. Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə paylaşım edilib.
Belə ki, yolda hərəkət sürətinin saatda 40 kilometr olduğunu göstərən nişana sonradan "1" rəqəmi əlavə olunub. Nəticədə nişandakı sürət həddi 140 km/saat kimi görünüb. Bu hal sürücülərin çaşqınlığına səbəb olub. Oxu.Az-ın əldə etdiyi məlumata görə, sözügedən nişan Çatax kəndi ərazisində olub. Artıq nişan əvvəlki halına qaytarılıb.
Tovuzda sürət nişanına qanunsuz müdaxilə edilib - FOTO Tovuzda sürət nişanına qanunsuz müdaxilə edilib - FOTO Tovuzda sürət nişanına qanunsuz müdaxilə edilib - FOTO Tovuzda sürət nişanına qanunsuz müdaxilə edilib - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər