Cəmiyyət
Dünənki qəzada ölənlərin sayı 4-ə çatdı
Balakən rayonunda avqustun 10-da baş verən zəncirvari qəzada xəsarət alan şəxslərdən daha biri ölüb.
Axar.az Report-a istinadla xəbər verir ki, hadisə nəticəsində xəsarət alan 1975-ci il təvəllüdlü Yaşar Mahamarəsul oğlu Mütəllibov müalicə olunduğu xəstəxanada həyatını itirib.
Qeyd edək ki, qəza zamanı üç avtomobil toqquşub, üç nəfər ölüb, iki nəfər xəsarət alıb.
Mənbə
axar.az