Cəmiyyət

Məşhur şadlıq sarayı 5,5 milyona satışa çıxarıldı

11 Aug 2026, 12:29 29 baxış
Məşhur şadlıq sarayı 5,5 milyona satışa çıxarıldı

Bakının Xətai rayonunda "Neapol" dairəsi yaxınlığında "Mirana Luxury" adı ilə fəaliyyət göstərən şadlıq sarayı satışa çıxarılıb.


Axar.az Plat.az-a istinadla xəbər verir ki, 2 mərtəbəli obyektin ümumi sahəsi 2 500 kvadrat metrdir.


Obyekt 450 nəfərlik əsas zal, 250 nəfərlik ikinci zaldan ibarətdir.


Obyektin satış qiyməti 5 milyon 500 min manatdır.

Mənbə axar.az

Oxşar Xəbərlər