Digər

Bu ölkə Qolan təpələrini İsrail ərazisi kimi tanıdı

11 Aug 2026, 11:46 3 baxış
Bu ölkə Qolan təpələrini İsrail ərazisi kimi tanıdı

Kolumbiyanın yeni Prezidenti Abelardo de la Esprielyanın administrasiyası İsrailin Qolan təpələri üzərində suverenliyini tanıyıb.


Axar.az xəbər verir ki, bu barədə Kolumbiya Xarici İşlər Nazirliyindən bildirilib.


“Yaxın Şərqdə davam edən regional qeyri-sabitlik və Qolan təpələrinin İsrailin təhlükəsizliyi üçün strateji əhəmiyyətini nəzərə alınmaqla, Kolumbiya hökuməti Təl-Əvivin bu ərazi üzərində suverenliyini, eləcə də bu dövlətin xarici təhdidlərdən özünü müdafiə etmək hüququnu tanıyır. Kolumbiya İsrailin Qolan təpələri üzərində nəzarətini və suverenliyini qoruyub saxlamasının milli müdafiəsinin və vətəndaşlarını qorumaq qabiliyyətinin vacib bir hissəsi olduğunu qəbul edir”, - nazirlik qeyd edib.


Qeyd edək ki, İsrail Qolan təpələrini 1967-ci ildə Altıgünlük müharibə zamanı tutmuşdu.

Mənbə axar.az

Oxşar Xəbərlər