Tramp İnfantinonu müdafiə etdi: Onu uzaqlaşdırsanız…
FİFA hər hansı səbəbdən prezident Canni İnfantinonu vəzifəsindən uzaqlaşdırmağı nəzərdən keçirsə belə, dəhşətli səhvə yol vermiş olar.
Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” səhifəsində yazıb.
“O, fantastikdir. İndiyə qədər Dünya çempionatına dörd dəfə sədrlik edib. Əgər o, vəzifədən getsə, Dünya çempionatı bir daha heç vaxt indiki qədər uğurlu və gəlirli olmayacaq. Bu məsələyə diqqət ayırdığınız üçün təşəkkür edirəm”, - o bildirib.
Qeyd edək ki, FİFA Dünya Çempionatının hüquqlarının bir hissəsini satmaq istəyirdi. Lakin qurumun prezidenti Canni İnfantino futbol konfederasiyalarının tənqidləri və UEFA üzv ölkələrinin Dünya çempionatını boykot etmək təhlükəsi fonunda bu ideyadan imtina etmək qərarına gəldi və üzr istədi.