Cəmiyyət

İki qadının boğulması ilə bağlı araşdırma aparılır

11 Aug 2026, 10:18 22 baxış
İki qadının boğulması ilə bağlı araşdırma aparılır

Bakının Səbail rayonunda yerləşən Şıxov çimərliyində iki qadının dənizdə boğularaq ölməsi faktı ilə bağlı araşdırma aparılır.


Axar.az Trend-ə istinadla xəbər verir ki, hadisə avqustun 10-da baş verib.


Dənizdə batan 1986-cı il təvəllüdlü Məmmədova Nurlana Muradxan qızı və 1977-ci il təvəllüdlü Qurbanova Ziyafət Kamal qızının meyitləri Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılıb.


Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər