İdman

Ronald Arauxo "Liverpul"a keçdi

11 Aug 2026, 00:12 8 baxış
Ronald Arauxo "Liverpul"a keçdi
"Barselona" futbol klubunun müdafiəçisi Ronald Arauxo icarə əsasında "Liverpul"a keçib. Oxu.Az bildirir ki, bu barədə İngiltərə klubunun saytında məlumat verilir. Müqavilə 2026/27 mövsümü üçün nəzərdə tutulub. Uruqvaylı futbolçu 2018-ci ildən "Barselona"da çıxış edirdi. O, katalonların heyətində 213 matç keçirib, 14 qol vurub və 7 məhsuldar ötürmə edib. 27 yaşlı Arauxonun "Barselona" ilə müqaviləsi 2031-ci il iyunun 30-dək nəzərdə tutulub. "Transfermarkt" portalı oyunçunun bazar dəyərini 20 milyon avro qiymətləndirir.
Mənbə oxu.az

Oxşar Xəbərlər