İdman

"Bavariya" Qambiya çempionatından 18 yaşlı futbolçunu transfer etdi

10 Aug 2026, 23:00 11 baxış
"Bavariya" Qambiya çempionatından 18 yaşlı futbolçunu transfer etdi
18 yaşlı mərkəz yarımmüdafiəçisi Bara Sapoko Ndiaye "Bavariya"nın oyunçusu olub. Oxu.Az bildirir ki, bu barədə Münhen təmsilçisinin mətbuat xidməti komandanın rəsmi saytında məlumat verib. Qambiya çempionatında çıxış edən "Qambinos Stars" klubundan transfer edilən seneqallı futbolçu ilə beş illik - 2030/2031 mövsümünün sonunadək müqavilə imzalanıb. KİV-in məlumatına görə, transferin məbləği 3.5 milyon avro təşkil edib. Ndiaye 2026-cı ilin birinci yarısını icarə əsasında "Bavariya"da keçirib. Ötən mövsümün sonlarında yarımmüdafiəçi əsas heyətdə dörd matçda iştirak edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər