Cəmiyyət

Azərbaycan Kolumbiyaya başsağlığı verdi

10 Aug 2026, 21:29 16 baxış
Azərbaycan Kolumbiyaya başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) baş vermiş zəlzələ ilə bağlı Kolumbiyaya başsağlığı verib.


Axar.az xəbər verir ki, bu barədə Azərbaycan XİN X sosial şəbəkə hesabında paylaşım edib.


"Kolumbiyada baş vermiş zəlzələ nəticəsində insanların həlak olması və dağıntıların meydana gəlməsi bizi dərindən kədərləndirib. Həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara isə tezliklə şəfa diləyirik. Bu çətin zamanda düşüncələrimiz Kolumbiya xalqı ilədir", - paylaşımda qeyd olunub.

Mənbə axar.az

Oxşar Xəbərlər