Cəmiyyət

Sakinlər imdad dilədilər: "Ən pis yer-yurd buradır, səsimizi çatdırın" - VİDEO

10 Aug 2026, 21:00 17 baxış
Sakinlər imdad dilədilər: "Ən pis yer-yurd buradır, səsimizi çatdırın" - VİDEO
Sumqayıt şəhəri, "Yaşıl dərə" yaşayış massivinin ikinci məhəlləsində yaşayan sakinlər həyətlərinin qarşısından keçən Acıdərə kanalının üstünün açıq olmasından şikayətlənirlər. Oxu.Az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.

Sakinlərin sözlərinə görə, problem 20 ildən artıqdır ki, mövcuddur. Xüsusilə yay aylarında kanalın ətrafına yayılan üfunət səbəbindən ərazidə hərəkət etmək çətinləşir. "Gecələr ağcaqanadın əlindən çölə çıxa bilmirik. Kanalizasiya qoxusu bizi boğur", - sakinlərdən biri bildirib. "Ən pis yer-yurd buradır. Xahiş edirəm, haraya lazımdırsa, bizim səsimizi çatdırın", - başqa bir sakin qeyd edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər