İdman

"Sabah"ın baş məşqçisi: "Biz hər oyun daha çox qol vurmaq istəyirik, bəzən top tora daxil olmur"

10 Aug 2026, 18:16 2 baxış
"Sabah"ın baş məşqçisi: "Biz hər oyun daha çox qol vurmaq istəyirik, bəzən top tora daxil olmur"
"İqlim barədə çox danışırıq. Mən düşünürəm ki, bu, şişirdilmiş faktordur". Oxu.Az xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək "Sabah" - "Orhus" oyunundan əvvəl keçirilən mətbuat konfransında Abşeron təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas deyib. O bildirib ki, hava şəraitinin təsir edəcəyi tək amil güclü küləyin olmasıdır: "Biz hər oyun daha çox qol vurmaq istəyirik. Biz qol fürsətləri yaradırıq, lakin bəzən top tora daxil olmur. Ümid edirəm ki, sabah keçiriləcək oyunda bu qol epizodları qolla tamamlanacaq", - deyə baş məşqçi qeyd edib. Xatırladaq ki, komandalar arasında Danimarkada keçirilən ilk qarşılaşma "Orhus"un 2:1 hesablı qələbəsi ilə başa çatıb. Qeyd edək ki, "Bank Respublika Arena"da keçiriləcək matç sabah saat 20:00-da start götürəcək.
"Sabah"ın baş məşqçisi: "Biz hər oyun daha çox qol vurmaq istəyirik, bəzən top tora daxil olmur"
Mənbə oxu.az

Oxşar Xəbərlər