İdman

UFC çempionu Atlantik okeanda köpəkbalığı ovlayıb - VİDEO

10 Aug 2026, 17:44 7 baxış
UFC çempionu Atlantik okeanda köpəkbalığı ovlayıb - VİDEO
UFC-nin yarımorta çəkidə (77 kq-a qədər) son çempionu, 34 yaşlı rusiyalı idmançı İslam Maxaçev Atlantik okean sahillərində balıq ovu zamanı köpəkbalığı tutmağı bacardığını açıqlayıb. Oxu.Az-ın məlumatına görə, idmançı bu barədə özünün "Telegram" kanalında kadrlar paylaşaraq, videoya "Heç də asan olmadı" şərhini əlavə edib.

Qeyd edək ki, hazırda Maxaçev UFC-də ardıcıl 16 qələbədən ibarət seriya ilə irəliləyir. İslamın karyerası ərzində ümumilikdə 28 qələbəsi və sadəcə bir məğlubiyyəti mövcuddur. Rusiyalı idmançı Nyu-Yorkdakı "UFC 322" turniri çərçivəsində keçirilən sonuncu görüşündə avstraliyalı Cek Della Maddalena ilə üz-üzə gəlib. Yarımorta çəkidə UFC titulunun ortada olduğu həmin döyüş Maxaçevin hakimlərin yekdil qərarı əsasında qazandığı qələbə ilə yekunlaşıb. İdmançının növbəti qarşılaşması ABŞ-nin Filadelfiya şəhərində təşkil olunacaq "UFC 330" turnirində baş tutacaq. Bu görüşdə Maxaçev UFC-nin yarımorta çəki reytinqində birinci pillədə qərarlaşan irlandiyalı İen Qerri ilə mübarizə aparacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər