Cəmiyyət

Liftlər işləmir, Xətai sakinləri evə qalxa bilmirlər: Aidiyyəti qurum niyə tədbir görmür? - VİDEO

10 Aug 2026, 15:48 2 baxış
Liftlər işləmir, Xətai sakinləri evə qalxa bilmirlər: Aidiyyəti qurum niyə tədbir görmür? - VİDEO
Xətai rayonunun Sarayevo küçəsi, 32 ünvanında yerləşən 9 mərtəbəli binada liftin işləməməsi sakinlərin narazılığına səbəb olub. Onların sözlərinə görə, binada aparılan təmir işləri ilə əlaqədar liftlərin fəaliyyəti dayandırılıb. Baku TV-nin məlumatına görə, hazırda sakinlər mənzillərinə gedib-gəlmək üçün pilləkənlərdən istifadə etməli olurlar.

Bu vəziyyət xüsusilə yuxarı mərtəbələrdə yaşayan yaşlı insanlar, uşaqlı ailələr və hərəkət imkanları məhdud şəxslər üçün ciddi çətinlik yaradır. Sakinlər həmçinin liftlərin istismar müddətinin başa çatdığını və onların yenilənməsinə ehtiyac olduğunu iddia edirlər. Onlar bildirirlər ki, məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, problemin həlli istiqamətində nəticə əldə olunmayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər