Cəmiyyət

"Köhnə maşın bazarı"nda giriş haqqı ilə bağlı ŞİKAYƏT: 50 qəpik yerinə 6 manat alırlar - VİDEO

10 Aug 2026, 14:28 1 baxış
"Köhnə maşın bazarı"nda giriş haqqı ilə bağlı ŞİKAYƏT: 50 qəpik yerinə 6 manat alırlar - VİDEO
Bakıda avtomobil ehtiyat hissələri və aksesuarlarının satıldığı bazarda tətbiq olunan giriş-çıxış tarifindən narazılıq yaranıb. Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) məlumat daxil olub. Qeyd edilib ki, Babək prospektində əvvəllər "Köhnə maşın bazarı" kimi tanınan əraziyə avtomobillə giriş və çıxış üçün 50 qəpik ödənilir. Bazarın öz işçiləri isə, iddiaya görə, hər gün 5 manat ödəməlidirlər.

Şikayətçinin sözlərinə görə, işçi olmadığına rəğmən, bazardan çıxışda ondan 6 manat tələb edilib. Səbəb kimi isə ay ərzində müəyyən edilən giriş-çıxış sayının aşılması göstərilib. Vətəndaş iddia edir ki, bazarın girişində sürücüləri bu qayda barədə məlumatlandıran hər hansı lövhə yoxdur. Şikayətçi qaydanın və tariflərin əvvəlcədən açıq şəkildə bildirilməməsindən narazıdır.
Mənbə oxu.az

Oxşar Xəbərlər