Cəmiyyət

Azərbaycanın daha iki ölkədəki səfirləri geri çağırıldı

10 Aug 2026, 13:35 1 baxış
Azərbaycanın daha iki ölkədəki səfirləri geri çağırıldı

Fuad Eldar oğlu İsgəndərov Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında, eyni zamanda Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.


Axar.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.


Prezidentin digər sərəncamı ilə Məmməd Bahəddin oğlu Əhmədzadə Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Mənbə axar.az

Oxşar Xəbərlər