Cəmiyyət

Maşını yolun ortasında saxlayıb mahnı oxudu: Əməkdar artistdən QAYDA POZUNTUSU - VİDEO

10 Aug 2026, 12:32 2 baxış
Maşını yolun ortasında saxlayıb mahnı oxudu: Əməkdar artistdən QAYDA POZUNTUSU - VİDEO
Əməkdar artist Aqşin Abdullayev yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Oxu.Az xəbər verir ki, sənətçi qayda pozuntusunu əks etdirən görüntüləri sosial şəbəkə hesabında paylaşıb.

Görüntülərdən məlum olur ki, 90-RX-200 dövlət qeydiyyat nişanlı "Cadillac" markalı avtomobil yolun hərəkət hissəsində saxlanılıb. Sənətçi avtomobildən düşərək yolun ortasında mahnı oxuyub. Bu zaman digər avtomobillərin hərəkətinə maneə yaranıb və qəza riski meydana çıxıb. Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər