Cəmiyyət

Şamaxı-İsmayıllı yolundakı qəzanın ANBAAN VİDEOSU

10 Aug 2026, 09:32 2 baxış
Şamaxı-İsmayıllı yolundakı qəzanın ANBAAN VİDEOSU
Şamaxı-İsmayıllı yolunda təhlükəli manevr yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olub. Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224 12 12) məlumat daxil olub. Qeyd edilib ki, hadisə qəzadan son anda yayınan digər sürücünün avtomobilində olan qeydiyyat kamerası tərəfindən lentə alınıb.

Bildirilib ki, qəza zamanı VAZ-2115 markalı avtomobil qarşıdan gələn yük maşınına çırpılıb. Arxandan gələn nəqliyyat vasitəsinin sürücüsü isə qəzadan son anda yayına bilib. Hadisə zamanı ölən və xəsarət alanların olub-olmaması ilə bağlı hələlik məlumat yoxdur. Qəza nəticəsində avtomobillərə ciddi maddi ziyan dəyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər