Cəmiyyət
Sakin ev alqı-satqısında aldadıldığını iddia etdi: "Ya sənədi ver, ya da pulumu qaytar" - VİDEO
Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində yaşayan sakin ev alqı-satqısı ilə məşğul olan şəxs tərəfindən aldadıldığını iddia edir. Onun sözlərinə görə, Asim adlı vasitəçi ona bir sot torpaq sahəsi və dəyəri 21 500 manat olan ev satıb.
Baku TV-nin məlumatına görə, qadın bildirib ki, o, evə qaz çəkdirmək istəyəndə məlum olub ki, evin sənədi yox imiş: "Ya sənədi ver, ya da pulumu qaytar. Torpağın çıxarışı var, amma fərdi evə aid heç bir sənəd yoxdur", - deyə sakin bildirib. Asim adlı şəxslə əlaqə saxlamaq cəhdləri uğursuz olduğuna görə qarşı tərəfin fikirlərini öyrənmək mümkün olmayıb.

Mənbə
oxu.az
Oxşar Xəbərlər