Digər
Bayden uzun müddətdən sonra göründü - Foto
ABŞ-ın keçmiş prezidenti Co Bayden oğlu Hanter Baydenin atasının səhhətinin pisləşdiyini açıqlamasından sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.
Axar.az xəbər verir ki, bu barədə "Deyli Meyl" qəzetinin məlumatında deyilir.
Bildirilib ki, Co Bayden Vilminqtonda ayindən sonra kilsədən çıxarkən görüntülənib.
ABŞ-ın keçmiş prezidentinin olduqca zəif göründüyü bildirilib.
Qeyd edək ki, 2025-ci ilin may ayında Co Bayden ona prostat xərçənginin ağır forması diaqnozu qoyulduğunu açıqlamışdı.
Mənbə
axar.az