Kanadada meşə yanğını: Bu şəhər tamamən boşaldıldı
Kanadanın Britaniya Kolumbiyası əyalətində sürətlə yayılan meşə yanğınları səbəbindən təxminən 22.000 nəfər üçün təxliyə əmri verilib. Hakimiyyət orqanları həmçinin 9.700 nəfəri evlərini tərk etməyə hazırlaşmağa çağırıb.
Axar.az yerli mediaya istinadən xəbər verir ki, Britaniya Kolumbiyasının Baş naziri Devid Ebi 100-dən çox meşə yanğını baş verdiyi və təxminən yarısının hələ də nəzarətə götürülməməsi səbəbindən əyalətdə fövqəladə vəziyyət elan edib.
Məlumata görə, yanğınlar yüksək temperatur, güclü külək və uzun müddət davam edən quraqlıq səbəbindən sürətlə yayılır. Təxminən 12 min nəfərin yaşadığı Sammerlənd şəhəri gecə ərzində tamamən təxliyə edilib. Yaxınlıqdakı Piçlend şəhərində və ətrafında yaşayan təxminən 8 min nəfər üçün də təxliyə əmri verilib.