Digər
Türkiyə Qara dənizdə bomba yüklü kateri məhv etdi
Türkiyənin şimal-şərqindəki Artvin vilayətinin Hopa rayonu sahillərində ekipajsız kater məhv edilib.
Axar.az xəbər verir ki, bu barədə Artvin valisi Turan Ergün məlumat verib.
O bildirib ki, xüsusi təyinatlılar Qara dənizin təyin olunmuş sektoruna yerləşdirilib və pilotsuz qayıq məhv edilib.
Ehtimal ki, məhvetmə qərarı partlayıcı maddələrlə yüklənmiş kater sahilə yaxınlaşarkən verilib.
İdarəetmədən çıxmış ekipajsız katerin Hopa limanındakı yanacaq çənləri ilə toqquşmasının qarşısını almaq üçün sahildə tez bir zamanda 600 metr uzunluğunda tor da çəkilib.
Mənbə
axar.az