Digər

Mən olduğum müddətdə Fələstin olmayacaq - Netanyahu

09 Aug 2026, 16:04 3 baxış
Mən olduğum müddətdə Fələstin olmayacaq - Netanyahu

İsrail Sülh Şurasının 15 maddəlik Qəzza sənədini rədd edir.


Axar.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib.


“HƏMAS həqiqi şəkildə tərksilah edilənə qədər İsrail Müdafiə Qüvvələri heç bir geri çəkilmə əməliyyatı həyata keçirməyəcək.


Əsas məqamı aydınlaşdırmaq istəyirəm: Baş nazir olduğum müddətcə Fələstin dövləti olmayacaq - nə Qəzzada, nə də İordan çayının Qərb sahilində.


Biz öz mövqeyimizdə necə dayanacağımızı bilirik. Hətta lazım gəlsə, ən yaxın dostlarımıza qarşı belə”, - o bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər