Digər
Rusiyanın S-400-ü, tanker və yük gəmiləri vuruldu
Ukrayna ordusu Gelencik şəhərində S-400 hava hücumundan müdafiə sistemini vurub.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi (Madyar) məlumat yayıb.
Onun sözlərinə görə, Rostov vilayəti və Krasnodar diyarında da iki ədəd HHM sistemi və iki ədəd radiolokasiya stansiyası sıradan çıxarılıb.
Bundan başqa, Qara dənizdə Rusiyanın “kölgə donanması”na məxsus bir tanker və iki ədəd yük gəmisinə də zərbələr endirib.
Mənbə
axar.az