Digər

Xarkovda yaşayış binası vuruldu: 2 ölü, 27 yaralı - Video

09 Aug 2026, 13:10 1 baxış
Xarkovda yaşayış binası vuruldu: 2 ölü, 27 yaralı - Video

Rusiya Xarkov şəhərində 10 mərtəbəli yaşayış binasına PUA zərbəsi endirib.


Axar.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.


Məlumata görə, binanın 7-ci mərtəbəsindən 10-cu mərtəbəsinədək olan hissəsi dağılıb.


Hücum nəticəsində 2 nəfər ölüb, 27 nəfər yaralanıb.


Dağıntılar altında insanların qaldığı bildirilir.


Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.

Mənbə axar.az

Oxşar Xəbərlər