Digər
Stadiona paraşütlə enən şəxs reklam lövhəsinə çırpıldı - Video
Niderlandda “Go Ahead Eagles” və “Villem II” arasında keçiriləcək futbol matçından öncə qeyri-adi aksiya təşkil edilib.
Axar.az xəbər verir ki, oyundan öncə paraşütlə bir nəfər stadiona enib. Lakin eniş planlaşdırıldığı kimi baş tutmayıb və həmin şəxs reklam lövhəsinə çırpılıb.
Plana əsasən, paraşütçü möhtəşəm şəkildə futbol meydançasının mərkəz dairəsinə enməli idi. Xoşbəxtlikdən, o, ciddi xəsarət almayıb və öz ayaqları üzərində ayağa qalxa bilib.
Həmin kadrları təqdim edirik:
Mənbə
axar.az