Digər

Almaniyada naməlum dronlar: polis hərəkətə keçdi

09 Aug 2026, 00:22 2 baxış
Almaniyada naməlum dronlar: polis hərəkətə keçdi

Almaniya Federal Polisi Leypsiq-Halle aeroportunda baş verən dron hadisəsindən sonra əks tədbirləri gücləndirib.


Axar.az xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.


Məlumata görə, hava limanının müşahidə qüllələrindən birində mobil antidron sistemi quraşdırılıb. Buraya uzun məsafələrdə pilotsuz uçuş aparatlarını (PUA) aşkarlaya və izləyə bilən radar sistemi daxildir. Bundan əlavə, aeroportda ən müasir dron aşkarlama texnologiyası, radiomaneələr və hətta Federal Polisin tutucu dronlarla təchiz olunmuş xüsusi antidron bölməsi yerləşdiriləcək.


Qeyd edək ki, avqustun 5-də gecə saatlarında Leypsiq-Halle hava limanı cənub uçuş-enmə zolağının yaxınlığında naməlum pilotsuz uçuş aparatı aşkar edilib. Bundan sonra hava limanında uçuşlar dayandırılıb.


Şimali Reyn-Vestfaliya əyalətində yerləşən Mexernix şəhərindəki hərbi obyektin üzərində də naməlum pilotsuz uçuş aparatları (PUA) qeydə alınıb. Bundan sonra Almaniya Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.

Mənbə axar.az

Oxşar Xəbərlər