Digər

Onlar münaqişənin başa çatmasını istəyirlər - Vens

08 Aug 2026, 20:22 2 baxış
Onlar münaqişənin başa çatmasını istəyirlər - Vens

Onlar münaqişənin başa çatmasını istəyirlər. Sual ondadır ki, onların sistemi bizim məmnun qalmağımız üçün lazım olan hər şeyi təmin edə biləcəkmi?


Axar.az xəbər verir ki, bunu ABŞ Vitse-prezidenti Ceyms Devid Vens “Foks Nyus”a İranla danışıqlar barədə danışarkən bildirib.


“Bunu hələ müəyyənləşdirmək lazımdır, amma hesab edirəm ki, son bir neçə gündə müəyyən irəliləyiş əldə etmişik.


İranla danışıqlar aparırıq, Hörmüz boğazından daxil olan neft və qazın həcmini mümkün qədər artırmağa çalışırıq. Hazırda diqqətimizi buna cəmləmişik”, - deyə Vens qeyd edib.


O əlavə edib ki, Vaşinqton Tehranın ABŞ-la münasibətlərin yaxşılaşdırılması üçün zəruri olacaq uzunmüddətli dəyişikliklərə hazır olub-olmadığını anlamağa çalışır.

Mənbə axar.az

Oxşar Xəbərlər