Cəmiyyət
Sakinlərin etirazına səbəb olan YDM tikintisi: "Bizim üçün təhlükədir" - VİDEO
Qazax rayonunun İkinci Şıxlı kəndinin bir qrup sakini Baku TV-nin qaynar xəttinə müraciət edib. Sakinlər iddia edirlər ki, yaşayış evlərinin yaxınlığında yanacaqdoldurma məntəqəsi inşa edilir və bu, onların həyatı və əmlakı üçün təhlükə yarada bilər. Sakinlərin sözlərinə görə, ərazidə tikinti işləri 2025-ci ildən aparılır. Onlar bildirirlər ki, məsələ ilə bağlı dəfələrlə aidiyyəti dövlət qurumlarına müraciət ediblər. Etirazlardan sonra tikinti işlərinin müəyyən müddət dayandırıldığını, lakin bir neçə ay sonra yenidən başladığını deyirlər.
Sakinlər obyektin evlərə çox yaxın məsafədə yerləşdiyini iddia edirlər. Onların sözlərinə görə, tikinti nəticəsində təsərrüfat sahələrinə və heyvanların çıxarılması üçün istifadə olunan yollara giriş də çətinləşib. "Biz burada yaşaya bilmirik. Təsərrüfatımız, mal-qaramız var. Yanacaqdoldurma məntəqəsi evə bitişikdir. Uşaqlar məktəbə gedirlər, yol tapa bilmirlər", - deyə şikayətçi narazılığını dilə gətirib. Baku TV məsələ ilə bağlı tikintini həyata keçirən tərəfin də mövqeyini öyrənib. Şirkət nümayəndəsi sakinlərin iddialarını əsassız və qərəzli hesab edir: "Sakinlərin bildirdiyi tam olaraq əsassızdır, qərəzlidir və şər-böhtan xarakteri daşıyır. Hər şeyi bir nəfər vətəndaş təşkil edir. Həmin şəxs də bizə məlumdur və onun barəsində qanunvericiliyə uyğun tədbir görüləcək".

Mənbə
oxu.az