Cəmiyyət
Bəzi yerlərdə havanın temperaturu 41 dərəcəyə çatacaq - XƏBƏRDARLIQ
Avqustun 9-da havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35-40, eyni zamanda Mərkəzi Aran və Naxçıvan MR-da 35-40, bəzi yerlərdə 41 dərəcəyə yaxın olacağı gözlənilir. Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, dağlıq rayonlarda isə 28-33 dərəcə isti olacağı gözlənilir.
Mənbə
oxu.az