Digər

Putin NATO-ya hücuma hazırlaşır: Yoxlama...

07 Aug 2026, 15:30 3 baxış
Putin NATO-ya hücuma hazırlaşır: Yoxlama...

Rusiya Prezidenti Vladimir Putin NATO-nun qətiyyətini yoxlamaq üçün alyansa üzv ölkələrdən birinə yaxın bir neçə il ərzində məhdud hücum edə bilər.


Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” ABŞ kəşfiyyatının yeni hesabatlarına istinadən məlumat yayıb.


Məlumata görə, mümkün ssenarilər kiberhücumdan tutmuş kiçikmiqyaslı quru əməliyyatınadək müxtəlif variantları əhatə edir.


Bildirilib ki, bu qiymətləndirmələr ABŞ-ın Ukraynaya hərbi yardımlar və İranla qarşıdurma səbəbindən bəzi kritik döyüş sursatı ehtiyatlarının azalması fonunda hazırlanıb. Hesabatda uzaqmənzilli yüksək dəqiqlikli raketlər, taktiki raket kompleksləri və "Stinger" zenit raketlərinin ehtiyatlarının risk altında olduğu qeyd edilib.

Mənbə axar.az

Oxşar Xəbərlər