Digər

Türkiyəli aktyor azərbaycanlı rejissorun filmində - Video

07 Aug 2026, 16:56 3 baxış
Türkiyəli aktyor azərbaycanlı rejissorun filmində - Video

Azərbaycanlı gənc rejissor Ruslan İbrahimlinin "Dəlinin Teatrı” adlı yeni psixoloji dram filmində (Delinin Tiyatrosu) Türkiyənin tanınmış aktyoru Ərtoğrul Şakar baş rolu ifa edib.


Bu barədə rejissor Kult.az-a açıqlamasında deyib.


Onun sözlərinə görə, film həyat yoldaşı və qızını avtomobil qəzasında itirən bir kişinin psixoloji sarsıntıdan sonra yaşadığı daxili mübarizədən bəhs edir.


Filmin avqust ayında təqdimatı planlaşdırılır.


Qeyd edək ki, Ərtoğrul Şakar məşhur “Qurdlar Vadisi” serialında komandir Yasin rolunda çəkilib.


Mənbə axar.az

Oxşar Xəbərlər