Cəmiyyət
Nazirlik 606 mənzilin təmirinə üç milyon manatdan çox vəsait xərcləyəcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Abşeron rayonunun Şəfəq qəsəbəsindəki yaşayış kompleksində yerləşən binalarda cari təmir işlərinin satın alınması ilə bağlı açıq tender elan edib. Oxu.Az-ın əldə etdiyi məlumata görə, tenderin ehtimal olunan qiyməti 3 milyon 402 min manat təşkil edir. Müsabiqə sənədlərinə əsasən, satınalma çərçivəsində Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yaşayış kompleksindəki 52 bina üzrə ümumilikdə 606 mənzildə cari təmir işlərinin görülməsi nəzərdə tutulur.
Mənbə
oxu.az