Digər

Türkiyə bu ölkələrlə müdafiə sazişi imzalayır

07 Aug 2026, 11:52 2 baxış
Türkiyə bu ölkələrlə müdafiə sazişi imzalayır

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında birgə müdafiə sazişi imzalanacaq.


Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.


Məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Səudiyyə Ərəbistanına səfəri çərçivəsində Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Şahbaz Şəriflə üçtərəfli görüş keçirəcək.


Bildirilib ki, tərəflər regional təhlükəsizlik, dənizdə yaranan təhdidlər, müdafiə sahəsində əməkdaşlıq və İran ətrafındakı vəziyyəti müzakirə edəcəklər. Görüşün yekununda üç ölkə arasında birgə müdafiə sazişi imzalanacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər