Digər

Ukrayna "İsgəndər"ləri necə məhv edə bilər?

07 Aug 2026, 08:30 1 baxış
Ukrayna "İsgəndər"ləri necə məhv edə bilər?

Hazırda Ukrayna üçün ən kəskin problemlərdən biri Rusiyanın "İsgəndər" operativ-taktiki raket kompleksinin (OTRK) buraxılış qurğularını nə ilə məhv etmək məsələsidir. Çünki Ukraynanın arsenalında bu məqsəd üçün əsasən yalnız pilotsuz uçuş aparatları (PUA) mövcuddur.


Axar.az xəbər verir ki, bu barədə “Defense Express” portalı qeyd edib.


"9P78-1 buraxılış qurğusundan 9M723 ballistik raketinin hərəkət halından ilk buraxılışı üçün 16 dəqiqəyədək vaxt tələb olunur. Qurğu artıq mövqedədirsə, bu müddət 4 dəqiqəyədək azalır. Mövqedə ümumi qalma müddəti isə 20 dəqiqəyədəkdir. Bu o deməkdir ki, ikinci raket buraxıldıqdan sonra “İsgəndər” OTRK-nın buraxılış qurğusu bir neçə dəqiqə ərzində mövqeyi tərk edir", – analitiklər bildiriblər.


Onların sözlərinə görə, nəzəri cəhətdən buraxılış qurğusunun dayanması və döyüş vəziyyətinə keçirilməsinin başlanğıcı vaxtında qeydə alınarsa, həmçinin istifadəyə hazır öz ballistik raketləri olarsa, hədəfi məhv etmək mümkün ola bilər. Lakin yalnız raketin buraxıldığı an qeydə alınarsa və bundan sonra cavab zərbəsi zənciri işə salınarsa, öz operativ-taktiki raket kompleksi ilə aparılan əks-batareya mübarizəsi mənasız olur. Çünki düşmənin buraxılış qurğusu zərbə endirilənədək artıq mövqeyi tərk etmiş olur.

Mənbə axar.az

Oxşar Xəbərlər