Digər

Ukrayna Rusiyanın bir raketini belə vura bilmədi

05 Aug 2026, 10:33 18 baxış
Ukrayna Rusiyanın bir raketini belə vura bilmədi

Avqustun 5-də Rusiya ordusu Ukraynaya 24 ballistik raket, dörd gəmi əleyhinə raket və müxtəlif tipli 115 dronla hücum edib.


Axar.az xəbər verir ki, bu barədə Ukrayna Hava Qüvvələri məlumat yayıb.


Məlumata görə, Kursk, Rostov və Bryansk vilayətlərindən “Zirkon” və “Oniks”, İsgəndər-M və S-400 raketləri buraxılıb.


Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri 98 dronu məhv ediblər.


Hava Qüvvələri Rusiyanın vurulan raketləri barədə məlumat verməyib.

Mənbə axar.az

Oxşar Xəbərlər