Rusiyanın imperiya ambisiyaları Ukraynadan başlayır, lakin...
Rusiyanın imperiya ambisiyaları Ukraynadan başlayır, lakin bununla bitmir.
Axar.az xəbər verir ki, bunu italiyalı siyasi ekspert Natali Toççi qeyd edib.
O hesab edir ki, Avropa öz təhlükəsizliyinə görə daha çox məsuliyyət daşımalıdır:
“Rusiyanın təxribatları və Avropa siyasətinə hibrid müdaxilələri Moskvanın artıq yaxın illərdə, hətta yaxın aylarda belə Avropaya qarşı birbaşa hərbi müharibəyə başlaya biləcəyini göstərir. Bu təhlükə fonunda, xüsusilə Rusiya ilə həmsərhəd və ya ona yaxın yerləşən Avropa ölkələri müdafiə büdcələrini artırırlar.
Müdafiə xərclərinin artması Donald Trampın yenidən Ağ Evə qayıtmasından sonra sürətlənsə də, bunun əsas səbəbi ABŞ prezidentinin bəyanatları deyil, Rusiyadan gələn təhlükənin artmasıdır. Çünki avropalılar anlayırlar ki, mümkün təcavüz halında Moskva ilə təkbaşına üz-üzə qala bilərlər.
Bu anlayış qeyri-rəsmi şəkildə "NATO 3.0" adlandırılan yeni təhlükəsizlik modelinin formalaşmasına gətirib çıxarır. Lakin hazırda tez-tez səsləndirilən "Daha güclü NATO daxilində daha güclü Avropa" şüarı aldadıcıdır. Çünki Avropa ölkələri güclənsələr də, ABŞ-ın zəifləyən dəstəyi fonunda NATO-nun özü əvvəlki qədər güclü olmur”.