Digər

Trampdan İran açıqlaması: Yaxın 48 saat ərzində...

05 Aug 2026, 09:20 19 baxış
Trampdan İran açıqlaması: Yaxın 48 saat ərzində...

Vaşinqton və Tehran arasındakı danışıqların nəticələri yaxın 48 saat ərzində məlum ola bilər.


Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının açılma ehtimalı ilə bağlı xəbərləri şərh edərkən deyib.


"Biz çox yaxşı irəliləyirik. Nəticələr barədə 48 saat ərzində öyrənəcəyik. Bu, sabah və ya birigün baş verə bilər. Əhəmiyyətli irəliləyiş əldə olunub", - Tramp əlavə edib.


Qeyd edək ki, daha əvvəl ABŞ Dövlət katibi Marko Rubio da Hörmüz boğazının açılması ilə bağlı İranla danışıqlarda irəliləyişin olduğunu açıqlamışdı.

Mənbə axar.az

Oxşar Xəbərlər