Digər

Rusiya Kiyevə zərbələr endirdi: 14 ölü, 27 yaralı - Video

05 Aug 2026, 09:27 19 baxış
Rusiya Kiyevə zərbələr endirdi: 14 ölü, 27 yaralı - Video

Avqustun 5-i gecə saatlarında Rusiya ordusunun Kiyev vilayətinə endirdiyi zərbələr nəticəsində 14 nəfər ölüb, daha 27 nəfər isə xəsarət alıb.


Axar.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti (DFHX) və Kiyev Vilayət Hərbi Administrasiyası məlumat yayıb.


"Brovarı rayonuna edilən hücumlar nəticəsində Brovarı şəhəri, Velikaya Dimerka qəsəbəsi, Kvitneve və Pobeda kəndlərindəki anbar binalarında güclü yanğınlar qeydə alınıb.


Fastov rayonunda yerləşən müəssisələrdən birində nəqliyyat vasitələrində başlayan yanğının qarşısı alınıb. Buça rayonunun Çayki kəndindəki anbarda çıxan yanğının söndürülməsi istiqamətində işlər aparılır. Sofiyevskaya Borşaqovka kəndində isə loqistika mərkəzinin ərazisindəki alovun qarşısı alınıb", - məlumatda qeyd olunub.


Bundan başqa, gecə saatlarında Obolon, Svyatoşin, Qoloseyev və Desnyan rayonlarının da hücumlara məruz qaldığı vurğulanıb.

Mənbə axar.az

Oxşar Xəbərlər