Digər

ABŞ-dan Suriyaya Rusiya ilə bağlı şərt: Bunu etsən...

05 Aug 2026, 08:30 17 baxış
ABŞ-dan Suriyaya Rusiya ilə bağlı şərt: Bunu etsən...

Suriya ABŞ sanksiyalarının ləğvi müqabilində Rusiyadan neft idxalını kəskin şəkildə azaltmağa razılaşıb.


Axar.az xəbər verir ki, bu barədə "Kommersant" qəzeti məlumat yayıb.


Suriya rəsmiləri bu qərarı ABŞ nümayəndələri ilə Suriyanın terrorizmi dəstəkləyən dövlətlər siyahısından çıxarılması məsələsini müzakirə edərkən açıqlayıblar.


Amerika rəsmiləri qeyd ediblər ki, Rusiyadan neft idxalının azaldılması bu qərarın tez və rahat şəkildə ləğv edilməsi şansını artıracaq.


“Röyters”in məlumatına görə, Suriyanın Rusiya neftindən asılılığı könüllü deyil, əksinə zəruridir. Buna görə də, Suriya rəsmiləri ölkənin alternativlər tapa bilməsi üçün əvvəlcə sanksiyaların ləğv edilməsini istəyirlər.

Mənbə axar.az

Oxşar Xəbərlər