Digər

Ronaldo toyuna Messi və xanımını da dəvət etdi

04 Aug 2026, 17:34 16 baxış
Ronaldo toyuna Messi və xanımını da dəvət etdi

Portuqaliya yığmasının futbolçusu Kristiano Ronaldo ilə sevgilisi Corcina Rodrigesin toy mərasimi avqustun 8-də futbolçunun doğulduğu Madeyra adasında baş tutacaq.


Axar.az xəbər verir ki, bu barədə jurnalist Eseqbona Luis məlumat yayıb.


Onun sözlərinə görə, mərasim əvvəlcə Funşal kafedral kilsəsində baş tutacaq. Ardınca adadakı beşulduzlu otellərin birində əyləncə mərasimi keçiriləcək.


Jurnalist toya argentinalı futbol ulduzu Lionel Messi və xanımı Antonella Rokutsonun da dəvət edildiyini yazıb.


Luis bildirib ki, Rodrigeslə Rokutso hər iki argentinalıdır və illərdir dostluq münasibətləri mövcuddur.


Qeyd edək ki, mətbuat Kristiano Ronaldonun toy mərasiminə “Real Madrid”in ulduzları Vinisius Junior və Kilian Mbappe, “Mançester Yunayted”in keçmiş müdafiəçisi Rio Ferdinand, müğənnilər Cennifer Lopez, Rihanna kimi digər məşhurların dəvət olunduğunu yazır.


Xatırladaq ki, Kristiano Ronaldo ilə Corcina Rodriges 2016-cı ildən bəri birlikdədirlər.

Mənbə axar.az

Oxşar Xəbərlər