Digər
Zelenskiyə Maskla görüşməyə icazə verilməyib - Polkovnik
Vaşinqtona səfəri zamanı Ukrayna Prezidenti Vladimir Zelenskiyə “Starlink” peyklərinin geniş istifadəsini müzakirə etmək üçün İlon Maskla görüşməyə icazə verilməyib.
Axar.az xəbər verir ki, bu barədə Avstriya Silahlı Qüvvələrinin Baş Qərargah polkovniki və hərbi ekspert Markus Raysner məlumat verib.
"Mənim fikrimcə, ABŞ prezidenti hər iki müharibə edən tərəfi atəşkəsə doğru çəkmək istəyir. Tramp buna 3 noyabrda keçiriləcək Konqres seçkilərindən əvvəl nail olmağı hədəfləyir”, - o söyləyib.
Mənbə
axar.az