Digər
Türkiyə və HƏMAS arasında Qəzza müzakirəsi
Türkiyənin Milli İstehbarat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın İstanbulda HƏMAS Siyasi Bürosunun rəhbəri Xəlil əl-Həyyan ilə görüşüb.
Axar.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Qeyd olunub ki, görüşdə Qəzzada sülh planına keçid üçün hazırlanan yol xəritəsi müzakirə olunub.
Mənbə
axar.az